Xəbər lenti

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb.

Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.

Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü:

1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131

2. Səhiyyə - 701

3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521

4. Sosial müdafiə - 513

5. Bələdiyyələrin fəaliyyəti 340

6. Özəl sahə - 237

7. Təhsil - 182

8. Ədliyyə orqanlarının fəaliyyəti - 175

9. "Azərişıq" ASC-nin fəaliyyəti - 96

10. "Azəriqaz" İB-nin fəaliyyəti - 77

11. Meliorasiya və su təsərüffatı - 72

12. Müdafiə - 39
13. "Azərsu" ASC-nin fəaliyyəti - 57
14. Səfərbərlik – 41
15. Kənd Təsərüffatı - 33
16. Ekologiya və Təbii Sərvətlər - 34
17. Bank sektoru - 35
18 Digər - 847



Ana səhifəyə qayıt        Baxış: 4 535          Tarix: 9-03-2022, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma