Xəbər lenti

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

"Report" xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. "Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.

Xatırladaq ki, bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib və R.Ələkbərov azadlığa buraxılıb.

17:35
Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.


Ana səhifəyə qayıt        Baxış: 2 546          Tarix: 30-03-2022, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma