Xəbər lenti

““Azərsu” dövlət şirkəti dövlət büdcəsindən maliyyələşən bir çox çoxmilyonlq tenderlərdə Elman Rüstəmovun xalaoğlusunu “qalib” elan edib”.

PİA.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün son araşdırmasında məlumat verir. Jurnalist qeyd edir ki, “bu faktlar dəryada damla qədər bildiklərimizdir”.

PİA.az Cavanşir Həsənlinin araşdırmasını oxucularının diqqətinə cəlb edir:

“Paytaxtın Nəsimi rayonunda maraqlı arxitekturası olan bir bina tikilib. Bina “Rus-Alko” MMC tərəfindən inşa olunub. “Rus-Alko”nun təsisçisi Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun bu günlərdə həbs edilmiş xalaoğlusu Talıb Quliyev Əfsər oğludur. Yəni sabiq baş bankirin “xaloğlu şirkəti”dir.

Şirkət Bəkir Çobanzadə ev 5, mənzil 5 ünvanında hüquqi qeydiyyatdan keçib. Həmin ünvanda keçmiş baş bankirin daha bir “xaloğlu şirkəti” - “Təmir Tikinti İstehsal” MMMC 2004-cü ildə təsis edilib. “Azərsu” dövlət şirkəti dövlət büdcəsindən maliyyələşən bir çox çoxmilyonlq tenderlərdə Elman Rüstəmovun xalaoğlusunu “qalib” elan edib. Məsələn, “Təmir Tikinti İstehsal” MMC ötən il “Azərsu”dan Biləsuvarın su-kanalizasiya sistemini yeniləmək 7 milyon manatlıq sifariş əldə edib.

2018-ci ildə Asiya İnkişaf Bankının 112 368 817 dollarlıq krediti hesabına (bu kredit Azərbaycan dövlətinin və xalqının belinə yüklənib) Ağcabədi şəhəri Suqəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası layihəsinin ictasının 40 faizi (45 milyon manat) "xaloğlu şirkət"ə həvalə olunub. “Azərsu” Salyan, Şəmkir, Qax, Biləsuvar, Zaqatala, Balakən və Sabirabad şəhərlərində kanalizasiya sistemlərinin tikintisinə sabiq baş bankirin “xaloğlu şirkəti”ni cəlb edib

Talıb Quliyevin rəhbərlik etdiyi daha bir şirkət - “Karvan-K” istehsalat kommersiya şirkəti də “Azərsu”nun tenderlərində ənənəvi qaliblərdən olub.

Təəssüf ki, bu faktlar dəryada damla qədər bildiklərimizdir”.
]









Ana səhifəyə qayıt        Baxış: 4 949          Tarix: 15-04-2022, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma