Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Redaksiyamıza Keşlə qəsəbəsində yaşayan bir qrup sakinin şikayət məktubu daxil olub.
Ovqat.com-un məlumatına görə, sakinlər qəsəbənin bəzi küçələrinə ( M.Ağayev, N.Abdullayev) yaxın dayanacağın olmamasından gileylənirlər.
Bildirilir ki, bu ünvanlarda yaşayan əhali mövcud dayanacağa getmək üçün 1.5-2 km məsafə qət etməlidir. İctimai nəqliyyatdan həm də məktəblilərin, işə tələsənlərin, fiziki məhdudiyyətli insanların və yaşlıların da istifadə etdiyini nəzərə alsaq, bu məsafə kifayət qədər böyükdür. Hələ üstəlik şəhərdəki tıxacları da əlavə etsək, sakinlərin işə gedib qayıdarkən ən azı 1-2 saat vaxtlarını yola sərf etmələri lazım olduğunu görərik.
Sakinlər Bakı Nəqliyyat Agentliyindən Keşlə qəsəbəsindəki M.Ağayev və N.Abdullayev küçələrinə yaxın məsafədə dayanacağın qurulmasını və yeni avtobus xəttinin açılmasını xahiş edirlər. Problemin həlli kimi alternativ variant olaraq 32 saylı marşrut xəttinin Heydər Əliyev adına Neft Emalı zavodunun ərazisindən keçməsini təklif edirlər.
Ümidvarıq ki, BNA sakinlərin müraciətinə biganə qalmayacaq və ən optimal variantla problemi həll edəcək. Onsuz da sosial problemlər məngənəsində boğulan, ictimai nəqliyyatdan istifadə etməkdən savayı alternativi olmayan insanların bir də bu kimi problemlərlə yüklənməsi qəbuledilməzdir.
Nazilə
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar