
Xəbər lenti
Bu gün, 13:05
Dünən, 23:06
Dünən, 21:37
Dünən, 19:33
Dünən, 18:27
Dünən, 15:37
Dünən, 13:36
Dünən, 11:34
Dünən, 10:06
Dünən, 09:06
15-08-2025, 23:24
15-08-2025, 23:00
15-08-2025, 21:33
15-08-2025, 20:35
15-08-2025, 19:27
15-08-2025, 18:46
15-08-2025, 17:30

Bakıda internat məktəbində yaşayan şagirdin ölümü ilə bağlı açıqlama verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub:
“Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından “Təcili Tibbi Yardım” çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq, 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.
Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda araşdırma davam etdirilir.
16:24
Bakıda internat məktəbində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb.
7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar