Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Zaqatalanın Honqozor dağında Hindistandan gəlib tək səyahət edən turist itib.
Ovqat.com dağçı Toğrul Cəfərova istinadən xəbər verir ki, Manikanth Kondaveeti adlı Hindistan vətəndaşı 12.05.2022-ci il tarixində qaldığı oteldən Zaqatalanın Qəbizdərə kəndinə gəlib.
Kənddən yaylağa qalxaraq gecəni orada keçirib. Ertəsi gün isə yaylaqda olan kənd sakininə Car yolundan Zaqatala şəhərinə doğru gedəcəyini bildirib.
13 may tarixindən sonra turistdən heç bir xəbər yoxdur.
17.05.2022- ci il tarixə onun Özbəkistana qayıdış bileti olsa da, ölkədən çıxışı qeydə alınmayıb. Turistin ailəsi onunla bir neçə gün əlaqə saxlaya bilmədikləri üçün Hindistanın Azərbaycandakı səfirliyinə məlumat verərək onun axtarılmasını xahiş etmişlər. 17 may tarixindən turist axtarılsa da, hələ ki, bir nəticə yoxdur.
Dünən ərazidə olan dağçıların məlumatına görə, yaylaqda sıx duman var, görmə məsafəsi çox azdır. Ərazidə polis əməkdaşları, yerli sakinlər və Ekologiya Nazirliyinin əməkdaşları ehtimal olunan iki dərəni axtarıblar. Bu gün isə ən böyük dərə axtarılacaq. Ehtimal olunan ərazinin böyük, relyefinin sərt olması və hava şəraiti axtarışları çətinləşdirir.
Ümid edək ki, axtarışlar müsbət nəticələnəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar