Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Dövlət Statistika Komitəsindən məlumatına görə, cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınıb. Bu hardasa, nikah bağlayan ailələrin dörddə birinin dağılması deməkdir. Statistika Komitəsi ötən ilin eyni dövrü ilə müqayisədə nikaha girənlərin sayının atması, boşananların sayının isə eyni səviyyədə qalması ilə təskinlik tapsa da, hər halda 25%-lik boşanma halı olduqca ciddi problemdir.
Məsələ ilə bağlı Ovqat.com-a açıqlama verən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı da bu narahatlığımızı paylaşır. Onun fikrincə, boşanmaların son zamanlarda artmasının bir sıra obyektiv səbəbləri var. Sosial-iqtisadi səbəblərlə yanaşı, milli adət-ənənələrimizin getikcə deformasiyaya uğraması, milli mentalitetimizə zidd yanaşmaların yayğınlaşması da boşanmaların artmasına səbəb olur.
Bəs, dövlət qurumları və ictimai təşkilatlar bu mənfi tedensiyaların qarşısını almaq üçün hansısa konkret addımlar atırmı?
Başqalarının adından danışmaq istəməyən Səidə Qocamanlının dediyinə görə, onun rəhbərlik etdiyi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycanda ailə dəyərlərinin qorunması istiqamətində bir sıra təbliğati tədbirlər keçirir. Sonuncu belə tədbirlərdən biri ötən ayın 28-də düzənlənlənib. Birliyin təşəbbüsü ilə Masallıda təşkil olunan "Ailə - milli-mənəvi dəyərlərin daşıyıcısıdır" adlı təbdirin də əsas məqsəd Azərbaycanda ailə dəyərlərinin qorunmasının vacibliyinin təbliği idi.
“Son illər boşanmaların sayının kəskin şəkildə artması ciddi problemə çevrilib. Bu səbəbdən minillərə söykənən ailə dəyərlərinin qorunmasına, onları təbliğinə çox ciddi ehtiyac var. Ailənin möhkəmliyi fərdlərin mədəni və sosial səviyyəsi ilə birbaşa bağlıdır. Biz informasiya, kommunikasiya əsrində yaşayırıq. Gənclərimiz getdikcə dünya insanına çevrilməkdədirlər. Bugün Azərbaycandan minlərlə gənc oxumaq, işləmək üçün xaricə gedir. Onlar bizim mədəniyyətimizin daşıyıcıları olduğu kimi, kənardan da cəmiyyətimizə yeni mədəniyyətlər gətirirlər. Bunların bəziləri mental düşüncəmizdə qəbul edilir, bəziləri zamanlar itib gedir. Ancaq görünən odur ki, bu təsirlərin bəziləri zərərli olmaqla bizim üçün ciddi problemlər yaradır. Çox zaman əxlaqi dəyərlərimizə uyğun gəlməyən, heç də cəmiyyətin inkişafına xidmət etməyən tendensiyalar insan haqları kimi beyinlərə yeridilir və zamanla arzuolunmaz reallıqlar yaradır. Bu yalnız çağdaşlıqla bağlı dəyərlər deyil, məsələn, dini dəyər altında ortaçağ mədəniyyəti Azərbaycana ixrac edilir və bu məsələ ailələr daxilində çox ciddi problemlər yaradır. Bu problemləri icmaların iştirakı ilə müzakirə etmədən çözüm yolları tapmaq mümkün deyil. Cənub bölgəsi də Azərbaycanın həssas bölgələri sırasındadır. Düşünürük ki, bu cür Dəyimi Masaların keçirilməsi var olan problemlərin ortaq müzakirəsi, çıxış yollarının tapılması üçün olduqca faydalıdır”, - Səidə Qocamanlı deyib.
Onun bildirdiyinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Tədbirə yerli icma nümayəndələri ilə yanaşı icra hakimiyyəti strukturlarının təmsilçiləri, bölgədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, media mənsubları qatılıb.
Bəs, sözügedən dəyirmi masa niyə məhz Masallıda keçirilib?
Əməkdaşımızın bu sualına layihə təlimçilərindən Nabat Qəniyeva aydınlıq gətirərək bildirir ki, cənub bölgəsinin əsas problemlərindən biri azyaşlıların nikaha daxil olmasıdır və tədbirdə həmin mövzuya da geniş yer ayrılıb: “Bu, hələ də region üçün ciddi problem olaraq qalır. Ancaq çağımız göstərir ki, bu, həm ciddi sosial, hüquqi, həm də fiziki-psixoloji travmalara gətirib çıxarır, yeni qurulan ailələr iqtisadi asılılıqda yaşayır, ailə fərdlərinin qərarvermədə iştirakı mümkün olmur. Bu cür layihələrin həyata keçirilməsi həm problemlərlə yaxından tanışlıq, həm hər bölgəyə xas problemlərin yerində çözümü, daha sonra sistemli həlli üçün addımlar atılması baxımından da böyük əhəmiyyət kəsb edir”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar