
Xəbər lenti
Bu gün, 09:27
Dünən, 21:00
Dünən, 17:30
Dünən, 15:40
Dünən, 15:31
Dünən, 10:13
Dünən, 10:09
Dünən, 09:35
20-10-2025, 23:16
20-10-2025, 22:28
20-10-2025, 21:34
20-10-2025, 20:19
20-10-2025, 19:28
20-10-2025, 18:33
20-10-2025, 10:46

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib. Hazırda quruma ADY-nin sədr müavini Hicran Valehov rəhbərlik edir. Bu barədə gununsesi.info məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, "Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, "Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini tutub. 2015-2016-cı illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
"Tərəqqi” medalı, "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edlib.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar