Xəbər lenti

 
 
Naxçıvan MR Maliyyə Nazirliyi artıq 7-8 aydır ki, Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin əməkdaşlarının maaşını 130 manat azaldıb.
 
Ovqat.com-a bu barədə bölmə əməkdaşlarının bildiriblər.
 
Gizliliyinin təmin edilməsi şərtilə əməkdaşımızı məlumatlandıran mənbə maaşlarının kəsilməsini “Naxçıvanvarı struktur islahatları” ilə əlaqələndiriblər. Bildirildiyinə görə, hardasa 1 il əvvəl Naxçıvanda bir sıra polis bölmələri idarəyə çevrilib. 
 
““Struktur islahatlarından” sonra Naxçıvanın bölmə əməkdaşlarının maaşı kəsilib, yeni yaradılan idarə əməkdaşlarının məvacibinə əlavə olundu. Nəticədə biz 600 manat, idarə əməkdaşları isə 800 manat almağa başladı. Başqa sözlə desək, Naxçıvan hakimiyyəti Əlinin papağından kəsib Vəlinin papağına yamadı”, - həmsöhbətlərimizdən biri belə deyir.
 
Mənbəmizin bildirdiyinə görə, Azərbaycan DİN-də bölmə ilə idarə polislərinin maaşında heç bir fərq yoxdur: “Hər iki strukturun əməkdaşları eyni maaşı alırlar. Məntiqli olan da budur. Çünki harda işləməsindən asılı olmayaraq, bütün polislər eyni funksiyanı yerinə yetirirlər. Necə ola bilər ki, əməyin dəyəri bir yerdə başqa, digər yerdə başqa cür qiymətləndirilsin”.




Ana səhifəyə qayıt        Baxış: 6 127          Tarix: 10-06-2022, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma