Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Bakı Uşaq və Gənclər Teatrı Qaraçuxur qəsəbəsində Qurban Abbasov (Neftçi Qurban) adına Mədəniyyət evində fəaliyyət göstərir. Teatrın direktoru əməkdar artist İntiqam Soltan burada öz istedadı və sənətə baxışı ilə fərqlənən yenilikçi kollektiv formalaşdırıb.
Bu teatrın tamaşaçılarla növbəti görüşü 18 iyun 2022-ci ildə baş tutdu. Bu dəfə səhnələşdirilən “Xəzinələr adası” tamaşaçılar tərəfindən kifayət qədər həyəcan və maraqla izlənildi. Tamaşanın uşaqlara aşıladığı əsas ideya “həyatda öz hekayəni özün yazırsan”- fikri idi. Məqsəd uşaqları daha fəal olmağa, gələcəyə inamla baxmağa və doğru düşünərlərsə, onlarda doğru bir həyat yolu quracaqlarına inam yaratmaq idi.
Türkiyəli yazıçı Ercan Tulunayın əsəri əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Sevda Məmmədova, baş qəhrəmanı Maviş rolunun ifaçısı isə əvvəlki tamaşada Gülər Ləzgiyeva olmuş, bu dəfə isə istedadlı gənclərimizdən olan Türkan Şahmarlı idi. İstedadlı aktyor Mehman Piriyevin azyaşlı izləyicilərlə maraqlı söhbəti ilə başlayan tamaşada səsləndirilən mahnıların sözlərinin müəllifi Günay Gözəlova, bəstəkarı və musiqi tərtibatçısı Yusif Rüstəmov idi. Rolları məharətlə ifa edən aktyorlar Türkan Şahmarlı, Aytən Səfərova, Könül Şahbazova, Gülnar Əlizadə, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Toğrul İsabəyli, Orxan Bakiniskiy və Emin Balayev izləyicilər tərəfindən rəğbətlə və məhəbbətlə qarşılandılar.
Məlumat üçün bildirək ki, Bakı Uşaq və Gənclər Teatrı Qafqazda ilk peşəkar uşaq teatrıdır. Teatrın yaradıcısı və rəhbəri Respublikanın əməkdar artısti İntiqam Soltan, baş rejissoru İlhamə Əhmədovadır.
Namiq H.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar