Xəbər lenti


 

Azərbaycan Nazirlər Şurasının qərarı ilə 01 iyul - 01 oktyabr 2022-ci il tarixləri arasında Azərbaycana və Naxçıvana sərnişinlərin girişini dayandırılıb.

 

Ovqat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mediasında yayılıb.

 

Məlumata görə, İğdırda həyati əhəmiyyət kəsb edən Naxçıvan qapısının yalnız yük maşınlarına açıq olacağı, avtomobil və avtobusların giriş-çıxışlarına bağlanacağı açıqlanıb.

 

Iğdır valisi Hüseyin Engin Sarıibrahim də “Yeşil Iğdır” qəzetinə verdiyi açıqlamada bu faktı təsdiqləyib: “2022-ci il iyulun 1-dən oktyabrın 01-dək Azərbaycana və Naxçıvana giriş-çıxış məntəqələri bağlanıb, hava nəqliyyatı ilə daşıma davam etdiriləcək”.

 

Vali bildirib ki, məsələ ilə bağlı səlahiyyətli qurumları məlumatlandırıb: “Mən indi gömrüyə gedirəm. Sərhəd protokolu hazırlanacaq və biz məsələnin nədən ibarət olduğunu anlamağa çalışacağıq”.

 

Bildirildiyinə görə, qadağa qərarı Rusiyada Covit-19 pandemiyasının başqa bir versiyasını əsas gətirərək verilib, qapıların təxminən iki ay bağlı qalacağı, lakin İstanbul - Bakı və İstanbul Naxçıvana uçuşlar həyata keçiriləcək.


Iğdır vilayət nümayəndəsi Cabbar Şıktaşın fikrincə, “bu qərarın İğdırda həyata mənfi təsir edəcəyi qaçılmaz bir həqiqətdir və gündəlik sərnişin gediş-gəlişi, tələbə tranzitləri və ticarət əlaqələri ciddi şəkilfə pozulacaq: “Məlum olduğu kimi, ölkəmizdə TL pul vahidi manat qarşısında çox aşağıdır. Orta hesabla 1 manat 10 TL-dir. Bu səbəbdən xüsusilə naxçıvanlılar gündəlik ehtiyaclarını İğdırdan alırlar. Bu, həm naxçıvanlılar, həm də İğdırlı tacirlər üçün yaxşı ticarət fəaliyyəti yaratdı. Pandemiya səbəbiylə yenidən bağlanan qapının 01 oktyabr 2022-ci il tarixində açılacağı şübhəli görünür”.

 

Cabbar Şıktaş bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı aztəminatlı insanları böyük bəlaya salacaq: “Hər bir sərnişin hava yolu ilə gedə bilməz. Məncə, İstanbuldan Bakıya bir tərəfli uçuş 500 dollara başa gəlir. Bu pulu hər kəsin verməsi mümkün görünmür”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 505          Tarix: 1-07-2022, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma