Xəbər lenti

 “Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.
İKT.lent.az-ın Rbc.ru saytına istinadən verdiyi məlumata görə, yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə “Yandeks” 59,3 faiz paya malik olacaq.
Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan “UberEATS” də daxil olacaq.
Sazişin şərtlərinə görə, “Uber” və “Yandeks” yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi “Yandeks”ə, 36,6 faizi “Uber” şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq. 
Şirkətə “Yandeks. Taksi” şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.
Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm “Yandeks. Taksi”, həm də “Uber” yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.
Bu arada hər iki şirkətin müştərək müəssisə yaratması ilə bağlı xəbərlər yayıldıqdan sonra Moskva birjasında “Yandeks”in səhmlərinin qiyməti 1950 rubla çatıb ki, bu da öncə keçirilən hərraclardakı qiymətlərdən 19,5 faiz çoxdur. 
NASDAQ birjasında isə bu gün keçirilən hərraclarda “Yandeks” şirkətinin qiymətli kağızları 32,52 dollara çatıb. Bu, daha əvvəlki hərraclarda göstərilən nəticədən 18,99 faiz yüksəkdir. 




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 14-07-2017, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma