Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Dövlət İmtahan Mərkəzinin(DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 32945 abituriyent iştirak edib.
Ovqat.com Modern.az-a istinadən xəbər verir ki, əvvəlcədən iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahana gəlməyib.
Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə etdi?
Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablaya bilərik...
Beləliklə, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 34042 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 361 min 680 manat vəsait əldə edib.
Bu həftə I və IV ixtisas qrupları üzrə də qəbul imtahanları keçiriləcək.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar