Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Prezident İlham Əliyevin Şuşadakı çıxışında Qarabağla bağlı üç gözlənti ön plana çıxır.
Birincisi, Bakı sülhməramlıların qalması üçün müraciət etməyəcək;
"Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Əliyev burada iki mesaj verir:
1. Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir;
2. Sülhməramlılar 5 ildən sonra (2025-ci il) çıxarılacaq: proseslərin inkişafının bu məsələyə təsiri olacağı istisna deyil, lakin Bakı artıq indidən "sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyinin” anonsunu verir;
Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra dilə gətirilməsi də diqqətçəkən məqamdır. Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqeyi yenidən təkrarlayır.
İkincisi, erməni silahlı dəstələrin Qarabağda çıxarılması istiqamətində praktiki addımlar atıla bilər;
"Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.
Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir, "Fərrux”, "Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir.
Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndindəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır;
Üçüncüsü, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər;
"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun... Biz nə vaxta qədər gözləməliyik?”.
Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun "toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra orataya çıxan dəhlizdən silah-sursatın daşınması faktı bu istiqamətdə əsaslar yaradır.
Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan ordusunun proseslərə müdaxiləsi mümkündür.
Asif Nərimanlı
Qaynar.info
Qaynar.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar