Şərur rayon Oğlanqala kənd sakini Musa İsmayılov Naxçıvan Prokurorluğunun boğularaq öldürülən qızının qətlini intihar kimi qələmə verib, işi bağlamaq istəməsindən şikayətçdir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Gündəlik Naxçıvan”a müraciətində bildirib.
M.İsmayılov iddia edib ki, gənc qızını öz həyat yoldaşı və qaynatası boğaraq öldürüb. Daha sonra ailə prokurorluğa xeyli miqdarda pul verərək, işin intihar hadisəsi kimi sənədləşdirilməsinə nail olub. Bunula razılaşmayan ata Baş Prokurorluğa şikayət etməyi qərara alıb. Lakin prokurorluq əməkdaşları Musa İsmayılovu təhdid ediblər ki, məsələni Naxçıvandan kənara çıxarmasın:
“Naxçıvan Muxtar Respublikasının prokurorluğunda Elşad var, oranın müstəntiqidir, yoldaşımın və oğlumun üstünə “delo”nu çırpıb deyib ki, qızı o qapıya verməzdin, orda da öldürüb göndərməzdilər. Oğluma da deyib ki, sən də çox o yan-bu yan eləmə, səni də tutub içəri qoyarıq, heç kimsə səni bizim əlimizdən qurtara bilməz. Faktlar ortalıqda ola-ola qızımın qaynatası Mirzəyev Hüseyn və həyat yoldaşı Mirzəyev Samir tərəfindən öldürülməsi ilə bağlı cinayət işinin üstünü bağlamaq istəyirlər. Naxçıvan prokurorluğunda bizim işimizə baxan adam mənə dedi ki, bizə yuxarıdan nə əmr gəlirsə, biz də işi elə aparırıq. Mən bilirəm ki, qızımı qaynatası və həyat yoldaşı boğaraq öldürüblər. Çünki bunlar həyətdəki torpaqlarını da, ev-eşiklərini də satıblar ki, özlərini qurtara bilsinlər. Qızımın qızı da atası ilə babasının anasını böğub öldürməsini görüb”.
Paylaş: