Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gizli neft zavodu üzə çıxıb. Bu haqda siyasi şərhçi, əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz feysbuk profilində məlumat paylaşıb.
Globalinfo.az siyasi şərhçinin paylaşdığı məlumatı təqdim edir:
“”Xanzadə” Seymurun İran Culfasında Azad iqtisadi zona adlanan yerdə mini neft ayırma zavodu ortaya çıxıb. Adam İrandan nefti alıb elə Culfadaca ayıraraq, Türkiyəyə, oradan isə hətta Şimali İraqa ixrac edirmiş.
Dünyanın İrana qarşı sanksiyalar tətbiq etdiyi bir zamanda Seymur Talıbov bu biznesi ilə faktiki olaraq embarqonu dəlirmiş.
Qeyd edim ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı demişdi:
“Azərbaycana silah satışına sərbəstlik verilməsi sərhəd təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu, İrandan gələn transmilli təhlükələrə qarşı mühüm nəticələr verib və Cənubi Qafqaz, Rusiya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub”.
Heydər Oğuz fikirlərini bu cür yekunlaşdırır: “Karen Donfridin bu sözlərinin işığında Seymur “müəllimin” İran Culfasında tikdirdiyi neft zavoduna baxanda qəribə bir səbəb-nəticə əlaqələri ortaya çıxır”.
Paylaş: