Xəbər lenti


Bu gün AMİP, AĞ Partiya, AXP və BAP rəhbərliyi arasında görüş keçirilmişdir. 

 

Ovqat.com-un məlumatına görə, görüşdə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ilə bağlı vəziyyət müzakirə edilmiş və bəyanat qəbul edilmişdir. 

 

Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərinə dəstək ifadə olunur və bildirilir ki, Rusiya sülhməramlılarının və erməni separatçılarının birgə təxribatı nəticəsində rəsmi qurumlarımızın faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmasına imkan verilməməsinə etiraz olaraq keçirilən aksiyanın əsas səbəbi sülhməramlı adlanan Rusiya hərbi kontingentinin öz vəzifələrini icra etməməsi, birtərəfli mövqe tutaraq separatçılarından maraqlarından çıxış etməsindən ibarətdir. 

 

Partiyalar etirazçılara dəstək olaraq aksiyaya qoşulmaq niyyətlərini bəyan edərək bildiriblər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin üçtərəfli bəyanatla üzrələrinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi onların ərazilərimizi tərk etməsini labüd edir.

 

Bəyanatda həmçinin rəsmi Ermənistan tərəfindən aksiya ilə bağlı dünya ictimaiyyətinə yalan məlumat verilməsinin və beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə fikirlərin formalaşmasının qarşısının alınması üçün aktiv fəaliyyətinin zəruriliyi qeyd olunmuş, dünyanın aparıcı ekologiya təşkilatlarına müraciətlərin ünvanlanmasının vacibliyi bildirilmişdir.

 

AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi bir daha bəyan edir ki, Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi üçün bütün əsaslar mövcuddur və öz fəaliyyəti ilə faktiki olaraq sülh prosessini tormozlayan Rusiyanın bundan sonra da öz qanunsuz fəaliyyətini icra etməsinə imkan vermək yolverilməzdir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 220          Tarix: 13-12-2022, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma