Xəbər lenti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə gündəmin əsas mövzusu olaraq qalır. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin getməsini zəruri etsə də, bunun belə tezliklə baş verəcəyi az ehtimal olunurdu.

Xatırladaq ki, Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbinin onun səhhətində yaranmış problemlə əlaqədar olduğunu bildirib.

Bu məlumat ictimaiyyət tərəfindən inandırıcı qəbul olunmasa da, Vasif Talıbovun uzun müddətdir şəkərli diabetdən əziyyət çəkdiyi məlumdur. Amma məlumatlara görə, onda şəkərin miqdarı yüksək olmaylb. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.

Dünən istefa verdikdən sonra isə Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi iddia edilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalı Naxçıvan Diaqnostika Mərkəzindəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, mərkəzdən Talıbovun evinə həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə onun oğlu Seymurun vəziyyətinin də pisləşdiyi bildirilir.

“Həkimlərin müayinəsindən sonra Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub” - deyə, məlumatda vurğulanır.

Ancaq rəsmi mənbələr tərəfindən bu məlumatlar təsdiqlənməyib.




Ana səhifəyə qayıt        Baxış: 7 177          Tarix: 22-12-2022, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma