Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video





























