Xəbər lenti

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Ovqat.com xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


11:30

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 6 154          Tarix: 2-03-2023, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma