Xəbər lenti

 

“Dostluq” parkı ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilərək həbs edilən şəxslərdən biri azadlığa buraxılıb.

O, 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyevdir.

Nizami rayon Məhkəməsinin qərarı ilə Famil Quliyev məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilib.

Qərar qəbul ediləndən sonra Müalicə Müəssisəsində saxlanılan Famil Quliyev azadlığa buraxılıb.

Xatırladaq ki, "Dostluq" parkı ərazisində yaşıllıqlar və toepaq sahələrinin qanunsuz olaraq ələ keçirildiyi məlum olduqdan sonra prezident İlham Əliyev məsələnin araşdırılması ilə bağlı göstəriş vermişdi.

“Dostluq” parkında villa tikməklə məşğul olan iş adamı Tərlan Hüseynov, 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov həbs edilmişdilər.

Ərazidə olan villalar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə sökülmüşdü.

Həbs ediləm şəxslərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdu. Hökmü iəsasən Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra hökmdən verilən apelyasiya şikayətində onlara bəraət verilməsi istənilib. Bakı Apelyasiya Məhkəməsi Etibar Məmmədovun cəzasını 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzasınə 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzasını isə 7 il 6 aydan 5 il 6 aya qədər azaltmışdı. /Musavat.com/




Ana səhifəyə qayıt        Baxış: 792          Tarix: 26-07-2017, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma