Xəbər lenti

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsindən irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.




Ana səhifəyə qayıt        Baxış: 3 418          Tarix: 1-08-2023, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma