Xəbər lenti

Biznes qurmaq adı ilə vətəndaşlardan pul alaraq dələduzluq edən 1973-cü il təvəllüdlü Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndorilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.

İttihama görə, Elçin Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqdirli bilinib.

Elçin Abdullayev biznes qurmaq adı ilə vətəndaşlardan 30 min manat pul alıb.




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 27-07-2017, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma