Məhkəmənin hökmü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edilib.
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov isə 13 il müddətinə həbs edilib.
Publika.az xəbər verir ki, digər təqsirləndirilənlər Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 7 il 3 ay müddətinə şərti cəza təyin edilib. O məhkəmə zalından azadlığa buraxılıb.
Oqtay Rüstəmov 5 il 6 ay, Səhrab Hümbıtov 5 il 6 ay, Cəlil Cəfərov 5 il 5 ay, Bayram Vəliyev 5 il 5 ay, şərti cəza təyin edilib. Onlar məhkəm zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldilməlidir. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası qismən təmin edilib. Vergilər Nazirliyi iddiasını geri götürdüyü üçün nazirliyin iddiası təmin edilməyib.
***
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə hökmün elan edilməsi başlanılıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrlik etdiyi kollegiya müşavirəni başa çatdırıb və hökm elan etmək üçün zala daxil olan hakim heyəti təqsirləndirilən şəxslərin cinayət işi üzrə hökmü elan edir.
Hökm 480 səhfədən ibarətdir.
Paylaş: