"Arash Medical Company” QSC cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
“Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkəti hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. QSC-nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur.
Mediada gedən məlumatlarda iddia edilir ki, şirkətin sahibi Cavid Əsədov adlı şəxsdir. O, keçmiş spiker Oqtay Əsədovun qardaşı oğlu kimi təqdim edilir.
Paylaş: