Xəbər lenti

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisləri - Adil Hüseynov və Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Hüseynov və T.İsgəndərovun 9 il müddətinə azadlıqdan məhrum olunmalarını tələb edib. Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

İttihamda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmaması müqabilində rüşvət alıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, vəzifəli şəxslər vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 852          Tarix: 4-11-2023, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma