Xəbər lenti

Bu gün saat 05:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində bir nəfərin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, bir nəfərə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.




Ana səhifəyə qayıt        Baxış: 3 601          Tarix: 23-11-2023, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma