Xəbər lenti

Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, nazirliyə yanğınla əlaqəli məlumat saat 05:41-də daxil olub: "Dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib. Bununla da Bakı qarnizonunun qüvvə vasitələri yanğın yerinə cəlb edilib. Yəni 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyət gəlib. Səhər güclü külək səbəbindən 3 istiqamətə yayılaraq üç mənbə yaradıb, sahəsi 1500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz hissəsində baş verib”.




Ana səhifəyə qayıt        Baxış: 3 553          Tarix: 23-11-2023, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma