Xəbər lenti

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

APA xəbər verir ki, Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reanimasiya şəraitində müalicələri davam edir.

“Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”, - deyə cavabda qeyd edilib.

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində altı nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 558          Tarix: 17-12-2023, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma