Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və digər ərəb ölkərlərində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Quba rayonunda anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb. O bildirib ki, Türkiyə vətəndaşı ilə ailə həyatı qurub, üç azyaşlı uşağı var: "Bakıya rəsmi nikaha düşmək üçün qayıtdıq".

R.Qədirov qeyd edib ki, Suriya və digər ərəb ölkələrində olub: "Mən həmin ölkələrə getmişəm. Lakin heç bir silahlı əməliyyatda iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nünayəndələrinə yardım eləmişik".

Məhkəmənin baxış iclası avqustun 9-a təyin edilib.

Qeyd edək ki, R.Qədirov Döblət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 3-08-2017, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma