Xəbər lenti

 Lənkəranda baş vermiş dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb. Hadisə rayonun “Ləvəngi” dairəsində baş verib.

Belə ki, “Ləvəngi” dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə, tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava baş verib. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.

Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (“Report”)




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 5-08-2017, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma