Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi kəndində yanğınla bağlı məlumat yayıb.
Ovqat.com FHN-in saytına istinadən bildirir ki, yanğın vətəndaşa məxsus, ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib. Nəticədə mağazanın dam örtüyü və mansardı 168 m2 sahədə, bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb. Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub.
Yanğın saat 20:41-də söndürülüb.
* * *21:34
Yanğın ümumi sahəsi 575 kvadratmetr olan ərazidə baş verib, 264 kvadratmetr yer yanıb.
Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Mağazaların içərisindəki elektron avadanlıqlar və tikinti materialları yanıb.
Hazırda mağazaların mansardında söküntü işləri aparılır, sahibkarlara dəymiş ziyanın məbləği dəqiqləşdirilir.
* * *20:18
Bakının Binəqədi rayonunda, Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları magazasinda yanğın baş verib.
Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, əraziyə gedən və gələn yollar bağlanıb. Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.
Şahidlərin dediyinə görə, yaralı var.
Əlavə məlumat veriləcək.
Paylaş: