Xəbər lenti

 

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX)  aparılıblar.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir. 
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.




Ana səhifəyə qayıt        Baxış: 612          Tarix: 15-08-2017, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma