Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

 

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Ovqat.com xəbər verir ki, "Report”un Şirvan bürosunun məlumatına görə, qəza rayonun Ləki qəsəbəsində, "Üç yol" deyilən ərazidə qeydə alınıb.

Belə ki "Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 1961-ci il təvəllüdlü, Ləki qəsəbəsinin sakini Şəhri Qiyas qızı Gözəlovanın vəziyyəti ağır olduğundan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılara isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 652          Tarix: 17-08-2017, 18:50      


Paylaş:   

Ən çox oxunanlar