Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.
Axar.az xəbər verir ki, o, ötən gecə evində olarkən infarkt keçirib və dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov indiyədək bir sıra vəzifələrdə çalışıb.
Vaxtilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan N.Qurbanov daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri olub. O, eyni zamanda, Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri kimi də fəaliyyət göstərib.
N.Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi.
Xatırladaq ki, N.Qurbanov tanınmış nasir və kinodramaturq, əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Əhmədağa Muğanlının oğludur.
Paylaş:




























