Xəbər lenti

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə İmişli rayonunun Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub.

 Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

 Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

 Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.

 İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat  məbləğində ziyan tətbiq olunub.




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 21-08-2017, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma