Xəbər lenti

 Bu gün Lerik rayonunda yaşayış evi yanıb.

 APA-nın yerli bürosunun məlumatına görə, rayonun Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.

 Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və  aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının  kəşfiyyatı  zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən  evdən çıxarılaraq,  Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində  ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 22-08-2017, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma