Xəbər lenti

 Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı və çardağı 36 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Samux rayonu, Qarabağlılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lerik rayonu, Monidigah kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 11-08-2017, 07:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma