Xəbər lenti

Su, torpaq, havanın son durumu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə ötən gün müşаhidələr keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.4, tozun 1.2, furfurolun isə 1.2 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.5, xlor isə 1.0 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasında çirkləndirici maddələrin miqdarı sanitar norma daxilində olub.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə 3 su nümunəsində aparılmış 6 analiz nəticəsi daxil olub. Analizin nəticələrinə əsasən Mingəçevir su anbarı, Göyçayın Göyçay şəhəri nəzarət kəsiyi, Kür çayının Zərdab şəhəri nəzarət kəsiyi müşahidə məntəqələrindəki suyun tərkibində əsas çirkləndiricilərdən olan fenolların və sintetik səthi aktiv maddələrin miqdarı norma daxilində olub. Torpaqların fon tərkibinin monitorinqi zamanı 11 müşahidə məntəqəsindən 11 torpaq nümunəsi götürülüb, maqnezium ionunun təyini üzrə 11 kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazidə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-15 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-18 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-10mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.




Ana səhifəyə qayıt        Baxış: 939          Tarix: 26-08-2017, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma