Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergi ödəməkdən yayınmada təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında N.Həsənovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, N.Həsənov “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib. 

O, A.Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21 min 700 manat və 14 min ABŞ dolları alıb. Pulu alanda bildirib ki, “Karqo-terminal”da ticarət mərkəzinin adına Çin Respublikasından gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə A.Hacıyevə borcunu qaytaracaq. Amma həmin pulu qaytarmayıb.

N.Həsənov “Binə” Ticarət Mərkəzində “Karqo Terminal”da işləyib.

Cinayət işində ümumilikdə 4 zərərçəkmiş var. Həmçinin qeyd olunub ki, N.Həsənov sahibkarlıqla məşğul olub, “Binə” Ticarət Mərkəzində mağaza işlədib. o, vergi ödəməkdən yayınmada təqsirli bilinib. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.

N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib.
Sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 30-08-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma