Xəbər lenti

 Tovuzda toyda 39 nəfər zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

 Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 8-09-2017, 08:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma