Xəbər lenti

 

Salyan sakini dükandan bir meyvə şirəsi alıb evə gətirib. Şirənin qabını açdıqda içindən bilinməyən tullantılar çıxıb. Ailə başçısı deyir ki, yaxşı ki, şirəni bir başa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi.

"Ovqat.com" "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Salyan rayon Aşağı Noxudlu kənd sakini Ramil Fərzəliyevin başına gəlib. O, bir neçə gün öncə kənddəki dükanların birindən azyaşlı övladı üçün 200 qramlıq qabda olann meyvə şirəsi alıb. Evdə uşağa şirəni içirməzdən əvvəl Ramil Fərzəliyevin həyat yoldaşı onu yoxladıqda məlum olub ki, şirənin dadi və rəngi tam fəqlidir.

Bu azmış kimi şirənin qabının içinən mənşəyi məlum olmayan tullantı da çıxıb. Meyvə şirəsinin qqabına baxdıqda istifadə müddəti hələ bitməyib. Ailə başçısı deyir ki,yaxşı ki,şirəni bir başa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi. Şirənin içindən çıxan isə heyvanın daxili orqanlarından bir parçaya oxşayır. Amma nə olduğu dəqiq bilinmir.

Məsələ ilə bağlı Ramil Fərzəliyev şirəni aldığı dükana gedərək öz narazılığın bildirib.Lakin ordan deyiblər ki, məsuliyyəti istehsalçı şirkət daşıyır.Valideyin iddia edir ki, istehsalçı şirkətlə danışıb onlara mövcud faktı bildirib. Lakin istehsalçı şirkətdən əvvəl məsələnin araşdırılacağına söz verilsə də sonradan onun zənglərinə cavab verən tapılayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 17-09-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma