Peşəkar Futbol Liqası "İnter"in iki oyununu təxirə salıb.
Ovqat.com goal.az-a istinadən xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, "İnter" klubu PFL-ə müraciət edərək klubun 7 nəfər üzvün 18 sentyabr - 2 oktyabr tarixlərində Almaniyada, 2-11 oktyabr tarixlərində isə İrlandiyada 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində, 2 nəfər üzvünün isə 17 - 27 sentyabr tarixlərində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim məşq toplanışında iştirak edəcəyi səbəbindən əvəzedici komandaların "Zirə" və "Neftçi" ilə oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və "İnter" klubunun transfer qadağası olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişikliklərə gedib:
Əvəzedici heyətlərin VI turunun "Zirə" - "İnter" matçı 24 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.
Əvəzedici heyətlərin VII turunun "İnter" - "Neftçi" matçı 30 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.
Paylaş: