Xəbər lenti

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşdığı görünür.

Gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək. Həmin ərəfədə isə Moskvada Rusiya və Ermənistan prezidentləri məsələni müzakirə ediblər. Habelə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Minsk Qrupunun həmsədrləri ilə görüşüblər: “Cenevrədəki oktyabr sammitindən sonra Azərbaycan və Ermənistan prezidentləri rusiyalı həmkarları Vladimir Putinlə ayrılıqda görüşüb: İlham Əliyevlə İranda, Serj Sərkisyanla Moskvada. Publik bəyanatlarında rəsmi şəxslər nizamlamaya can atdıqlarını deyirlər, lakin danışıqlara yaxın olan diplomatlar etiraf edirlər: sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır. Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır.

“Kommersant” bildirir ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir. “Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir: “Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə Azərbaycan və Ermənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb.

“Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini eşitdiyini bildirib. (Virtualaz.org)




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 17-11-2017, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma