Ergün Diler
“Takvim” (Türkiyə)
Ötən gün İngiltərənin xarici işlər naziri Boris Consonun məlum hadisələrdən əvvəl İrana səfəri barədə yazmışdım (http://strateq.az/manshet/224540/ayətullah-mayk-və-iki-yəhudi-lobbisinin-rəqabəti.html).
Məqsədin İran mənşəli ingilis jurnalist Nazənin Zaqari-Ratklifi xilas etmək olduğu açıqlanmışdı. Hətta onun üçün 400 milyon sterlinq ödənc verilə biləcəyi mətbuata sızmışdı. Halbuki məqsəd İĞTİŞAŞ OLACAĞI XƏBƏRİNİ TEHRANa çatdırmaq və "DİQQƏTLİ OLUN!" xəbərdarlığı vermək idi… Elə də oldu.
Xəbərdarlıq edildi, amma küçələrdəki qarışıqlığın qarşısı alınmadı!
Bu, medalın bir tərəfidir! Digər tərəfi də vardı! Heç yazılmayan tərəfi…
İRANdakı hadisələrlə birbaşa əlaqəli, lakin qaçırılan yön… Bu gün biznes tərəfinə səyahət edək…
ABŞ-ın İrandakı əməliyyatları Namazi ailəsi vasitəsilə aparılır. Bəlkə də İranın ən zəngin ailələri arasında ən zəngini Namazilərdir! AİLƏNİNin ən nüfuzlu üzvləri 81 yaşlı Baqir Namazi və oğlu Siyamək Namazi İranda 6 aylıq fasilələrlə həbs olunub.
Rəsmi Tehran bu həbs müddətində geri addım atmadı. Hər bir tələb rədd edildi! Bunun səbəbi vardı!
İran kəşfiyyatının hesabatlarında, NAMAZİ AİLƏSİnin İranda inqilab etməyə qadir olduğu qeyd edilib! Bu məlumat TEHRAN RƏHBƏRLİYİNƏ çatdırılıb!
İranda bir çox ailə NAMAZI ailəsinin sözündən heç vaxt çıxmayıb. Çıxmayacaqdılar da… AİLƏ cəfəri məzhəbli kimi tanınsa da, gerçəyin bu cür olmadığı artıq bilinir. Bir çox adam onların BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏN xəbərdardır!
Siyamək Namazinin 29 milyard dollarlıq varidata sahib olduğu söylənir. Əslində, daha çoxdur. Bu, rəsmi rəqəmdir!
Amerika mətbuatında, ilk növbədə, “FOX”, “CNN” və “New York Times” və digər media orqanlarında reklamlarını yerləşdirən Siyamək Namazi 2015-ci ildə yəhudi lobbi təşkilatları ilə görüşdə İran rejiminin 2020-ci ilədək dəyişəcəyini söyləyib.
Bu, çox vacib bir addım idi…
Siyamək Namazi istəsəydi, ABŞ-ın embarqosu heç vaxt İranda təsirli olmayacaqdı. ABŞ-ın sanksiyaları NAMAZİ ailəsinin funksiyaları sayəsində uğurlu oldu. Siyamək Namazi İran enerji resurslarının idarə olunmasında hələ də təsirlidir.
Rəsmi Tehran bunu bilir. Ailəni həbs etsələr də, bu tənliyi dəyişdirməkdə çətinlikləri var!
İrandakı qiyamda gənclərin küçələrə çıxması üçün paylanan min dollarlıq zərfləri NAMAZİ AİLƏSİ və İrandakı tərəfdarları təşkil etdi. 50 milyon dollar müqabilində 50 milyon kollec tələbəsi küçələrə çıxdı. Bu qiyamın uğurlu olub-olmadığını görmək hələ çox tezdir. Cəmi 50 milyon dollarla İranda böyük bir qiyam təşkil olundu. Çox ucuz qiymətə böyük sarsıntı!
Nəticəni görmək üçün bir qədər gözləmək məsləhətdir…
Əlbəttə, bu ailənin sadəcə enerji işlərində güclü olduğunu düşünmək yanlışdır. Rəsmi Tehranın içindəki görünməmiş gücü, hər bir nazirlikdə gizli adamları İranda alınan qərarlara təsir edir.
Hələ də belədir… Ruhani məsləhətçilərindən bir çoxu Namazi ailəsinin yetişdirdiyi adamlardır. Bəzilərinin adı məlumdur, bəzilərinki məlum deyil…
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Crescent Petroleum” şirkətinin sahibi də Namazi ailəsidir. Əmirliklərin Vaşinqtona yaxınlaşması, İsrail ilə birgə addımları və xüsusilə də Qətərin blokadasına Namazi ailəsinin qüdrəti təsiri var.
Əbu-Dabi əmiri və Birləşmiş Əmirliklərin indiki prezidenti Xəlifə Bin Zaid əl-Nəhayan Siyamək qarşısında ayağa qalxır…
Əgər Siyamək Namazi Əmirliklərə gəlibsə, deməli, Vaşinqtondan bir xahişi var.
İranda həbs olunduqdan sonra Zaid əl-Nəhayan Siyamək Namazinin həbsdən qurtarmaq üçün 10-a yaxın əməliyyat təşkil etdi. Torba-torba pul xərcləndi. Ancaq bunların hamısının qarşısını İran kəşfiyyatı aldı.
Namazi ailəsinin aktiv olduğu ölkələr Yaxın Şərqdədirlər, onlar ABŞ üçün çox vacibdir. Namazi ailəsi Livan, Dubay, Türkiyə, Küveyt, İsrail, Suriya, Şimali İraqda çox təsirlidir.
Livanın Həriri ailəsinin digər üzvləri ilə ortaqlığı var. Küveytdə iki neft emalı zavodu Namazi ailəsinindir.
Başqa sözlə, ABŞ-ın bölgədəki ən etibarlı quruluşu və ortağı BU AİLƏDİR!
Türkiyədə iki maliyyə şirkəti ilə gizli ortaqlığı var. Bərzani İran rejiminə qarşı çıxdığı üçün onun əl uzatdığı ilk ailə Namazilərdir.
Ailə nüfuzunun çox güclü olması Yaxın Şərqdəki fəaliyyətini də gücləndirdi.
Amma Vaşinqtonun dəstəyini alan Namazi ailəsi Tehranda iki mühüm üzvünün həbs olunma ehtimalı barədə düşünməmişdi.
Lakin İran kəşfiyyatının həbs etdiyi Baqir Namazi və oğlu Siyamək Namazi Tramp dövründə İranın hədəf seçilməsinin ilk səbəbidir. Namazi ailəsi İranda əsirdirsə, ABŞ da Tehranda həbsdədir. Vaşinqton İran rejimini dəyişdirmək istəyirsə, Namazi ailəsini xilas etməlidir.
BAŞ VERƏN HADİSƏLƏRDƏ BÖYÜK FAYD VAR!
…Maykl D'Andrea tərəfindən təşkil olunan qiyam zamanı Tehrandakı “Evin” həbsxanasını qarışdırmaq planlaşdırıldı. Ancaq İran kəşfiyyatı dekabrın 29-da başlayan qiyamdan sonra “Evin” həbsxanasına xüsusi qüvvə göndərdi. Bu addım atılmasaydı, bu gün Baqir Namazi və oğlu Siyamək Namazi azadlığa çıxacaqdı. Qarışıqlıq həbsxanaya yönəldiləcək və ABŞ-ın iki əhəmiyyətli adamı xilas ediləcəkdi!
Olmadı! Hələlik, əlbəttə ki! Onlar azad olsaydı, İran üçün problemlər daha da böyüyəcəkdi. Çünki ata və oğul Namazinin şərhləri beynəlxalq birliyi hərəkətə keçirib İrana müdaxilənin qarşısını açacaqdı.
İndi İran üçün çətin günlər bitdi kimi görünsə də, vəziyyət bu cür deyil. Namazi ailəsini azad etmək üçün yeni addımlar atılacaq. Bu addımlar üsyandan daha sərt olacaq. İran indi terror hücumları üçün çox əhəmiyyətli bir mərkəzdir. İran sərhədi artıq daha təhlükəlidir.
Dünyada bəzi ailələr var. Məsələn, Rotşildlər… Onlar haqqında çox məlumat yoxdur. Sızdırılandan çox bilinmir! Namazi ailəsi eynilə bu cürdür.
Ailənin İranda qiyama 50 milyon dollar xərcləməsi və CIA-nın dəstəyi həqiqətdir! Bunu da CIA-nın “Zülmət Şahzadəsi” ləqəbli casusu Maykl D'Andreaya etdirdilər.
Məlumata görə, onun komandası hələ də iş başındadır!…
İzləyirik…
Tərcümə: Strateq.az
Paylaş: