Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilməsi ilə struktur və kadr islahatları ilə bağlı proses yeni mərhələyə qədəm qoydu. İlk dəfə olaraq Prezident Administrasiyasının strukturunda yeni vəzifə, Birinci vitse-prezidentinin Katibliyinin rəisi  vəzifəsi təsis edildi. Eyni zamanda bu vəzifənin Prezident Adminstrasiyasının rəhbərindən sonra ikinci post olması diqqəti çəlkir. Çünki, Prezident Adminstrasiyasının rəhbəri istisna olmaqla digər məmurların statusları prezidentin köməkçisindən yüksək deyil. Halbuki, Birinci vitse-prezidentinin Katibliyinin rəisi məhz köməkçi deyil, katiblik rəisidir. Bu məsələnin digər özəlliyi ondan ibarətdir ki, Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəyəsinə təyin olunan Altay Həsənov bürokratik aparatın, məmur təbəqəsinin təmsilçisi deyil. Sovet İttifaqının ən nüfuzlu ali məktəbi hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli-mədəni səviyyənin yüksəlişində müstəsna rol oynamış  “Xəzər”jurnalının nəşriyyat kollegiyasında, 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləmiş Altay Həsənov daha çox ziyalı təbəqəsinin təmsilçisi hesab olunur. Məhz bu məqam bundan sonrakı islahatların istiqamətini müəyyən etməyə imkan verir. Belə görünür ki, hakimiyyət idarəçilikdə uzun fasilədən sonra yenidən ziyalılara istinad etməyə başlayacaq. Bu isə kommunist dövrünün yetişdirməsi olan məmurların idarəçilikdə rolunun azalacağını proqnozlaşdırmağa imkan verir.

Dövlət aparatının beyn mərkəzi hesab olunan Prezident Adminstarsiaysında struktur islahatlar və kadr dəyişiklilərindən sonra islahat sırasının Nazirlər Kabinetinə çatdığını söyləmək olar. Fikrimizcə yaxın günlərdə Nazirlər Kabinetinin strukturunda və tərkibində ciddi kadr dəyişiklikləri həyata keçiriləcək. Baş nazirin müavinlərinin sayı azaldılacaq, nazirlik və komitələrdən bəziləri ləğv olunacaq, bəziləri isə birləşdiriləcək.

Kadr dəyişiklilərinə gəlincə Baş nazirin iki müavini, Yaqub Eyyubov və Əli Əhmədov istisna olmaqla Nazirlər Kabinetinin bütün rəhbərliyi vəzifəsini itirəcək.

Uzun müddət nazir və komitə sədri kimi görməyə alışdığımız məmurların bəziləri də istefaya göndəriləcək. Kadr dəyişiklikləri sırası bunun ardınca yerlərə çatacaq. Bəzi rayonların icra başçıları istefaya göndiləcək.

Əlbəttə, bu proses bir neçə günə yekunlaşmayacaq. Ancaq bu ilin payızına, ən geci isə ilin sonuna kimi struktur islahatlar və kadr dəyişiklikləri prosesi başa çatacaq. Gələn il ölkədə prezident seçkiləri keçiriləcək və buna görə bu ilinin sonuna kimi nəzərdə tutulan bütün  struktur və kadr islahatlarının yekunlaşması üçün çox zaman qalmayıb. Yəni qarşıdakı 6 ay dövlət idarəçiliyində yenilik üçün kritik zaman kəsiyi hesab olunur. Bu ilinin sonuna kimi vəzifəsini itirəcək məmurların kimliyi ilə bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməyə çalışırıq. Həmin məlumatların nədən ibarət olduğunu isə növbəti yazıdan öyrənə biləcəksiniz.

Arzuman Nəbiyev,

“Yeni Sözçü” qəzeti




Ana səhifəyə qayıt        Baxış: 1 928          Tarix: 9-06-2017, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma