Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
“Belarus, Ukrayna və Qırğzısıtandakı hadisələrin ortaq nöqtəsi burada milllenial (1981-1996-cı illərdə anadan olan) və “Z” (1997-2012-ci illərdə doğulan) nəslin ciddi fəallığıdır. Bu mənada əslində Rusiya gəncliyindən də çox şeylər gözlənilir.
“Son illərdə aparılan sorğulara görə, məhz gənc insanlar Putin hakimiyyətindən ən çox narazı olan kəsim olaraq görünür”,-deyə Avropa siyasəti analiz mərkəzinin eksperti Mariya Sneqovaya, “Levada-sentr” mərkəzinin direktor müavini Denis Volkov və sosioloq Stepan Qonçarov “Foreign Policy” jurnalı üçün yazdığı məqalədə bildirilir.
Müəlliflərin yazıdğına əsasən, bu kəsim əhalinin qalan hissəsinə görə daha az millətçi olmaqla bərabər insan haqları və demokratik qaydaların bərqərar olmasında daha maraqlı görünür.
Belə ki, bu ilin iyun-iyul aylaırnda keçrilən rəy sorğularında 18-24 yaş arası gənclərin Putin siyasətindən narazı olduğu (50%) görünüb. İyul arşadırmasında isə gənclərin 62%-i ölkənin “səhv yolda olduğunu” bildirib (qalan yaş qruplarında bu rəqəm 40%-i aşmayıb).
Tədqiqatın nəticələrinə görə, Vladimri Putinin gənclər arasındakı etibarlılıq göstəricisi 7%-i keçməyib. (Orta yaşlı əhalidə bu rəqəm 23% olub). Bu ilin avqust ayında 18-24 yaş qrupunun sadəcə 23%, 25-39 yaşlılaırn isə 31%-i prezident seçkilərində Putini dəstəkləyəcəklərini söyləyiblər.
Müəlliflərin fikrincə, buna rəğmən gəncliyin sistemi dəyişdirəcək dərəcədə gücü hələlik müşahidə edilmir. Öncə bunun obyektiv cəhətləri mövcuddur.
Belə ki, Rusiyada əhalinin sayı ildən-ilə azalır. 2019-cu ildə keçirilən əhalinin yeni siyahıya alınmasında 15-29 yaş arası insanların bütün rusiyalıların sadəcə 16,5%-ni təşkil etdiyni üzə çıxarıb. Bu isə 1989-2003-cü ildə uşaqların doğum faizinin aşağı olması ilə əlaqədardır. Halbuki 2010-cu ildə eyni yaş qrupu 24%-lik bir paya malik idi.
Üstəlik, gənc rusiyalıların siyasi həyatda iştirak etmək həvəsləri də yoxdur. Sorğular gənc kəsimin sadə 20%-nin siyasətlə yaxından maraqlandığını nümayiş etdirib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar