Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Fazil Mustafa: “Təmkinimizi gözləməliyik, mülki əhalini qoruma altına almalıyıq, hava hücumundan müdafiə sistemləri qurmalıyıq”
Üzeyir Cəfərov: “İstəyirlər ki, dinc əhalini vuraq, KTMT-dən kömək diləsinlər, bu fitnəkarlıqları alınmadı, sabaha da xoş xəbərlər olacaq”
Zaur Məmmədov: “Prezident də söylədi ki, mülki əhaliyə atəş açmayacağıq, Paşinyan erməni xalqına quyu qazır”
Erməni barbarlığı, erməni neofaşizmi və namərdliyi öz qatil simasını növbəti dəfə Gəncədə göstərdi. Bu, son iki həftədə Gəncədə ikinci terrordur.Düşmənin silahlı qüvvələri müzəffər Ordumuz qarşısında acizliyinə görə heyfini, acığını dinc insanları terror etməklə çıxmağa çalışır.
Musavat.com xatırladır ki, bu gecə Gəncədə insanların yatdığı saatlarda yaşayış evlərinə atılan raket nəticəsində 13 mülki şəxs həlak olub, 50-dən çox yaralı var.
Bu, Paşinyan rejiminin və erməni terrorçularının Çauşevski, Miloşeviç, Əsəd kimi qatillərdən fərqinin olmadığını göstərir.
Elə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “twitter” hesabında yazıb ki, SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir.
Azərbaycan prezidenti İlham Əliyev isə səhər saatlarında xalqa müraciətində bildirdi ki, dinc sakinləri vurmaq namərdlikdir, faşizmdir və onların cavabı döyüş meydanında veriləcək.
Elə bu terrora ən layiqli cavabı da prezident müraciətində açıqladı - Füzuli şəhəri tam azad olunub.
Əslində, Səddam yolu gedən Paşinyanın ölkənin ikinci şəhəri sayılan Gəncəni vurmaqda niyyəti də işğal etdikləri əraziləri itirə-itirə göz qorxutmaq, irəliləyən Ordumuzun yürüşünə mane olmaqdır. Düşmən işarə verir ki, paytaxt Bakıya da raket ata bilər.
Eyni zamanda bu terrorla Azərbaycan tərəfini Ermənistanın öz ərazisini, İrəvanı vurmağa təhrik edir. Bununla bəhanə axtarır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin.
Bəs bu halda necə etməliyik? İrəvanı və digər nöqtələri vurmalıyıq, yoxsa yenə təmkin, səbr nümayiş etdirməliyik?
Əgər düşmən Bakını vursa, buna İrəvanla adekvat cavab verməliyik, yoxsa KTMT və üçüncü qüvvələrə arqument qazandırmamalıyıq?
Suallarımızı cavablandıran deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, şəhərlərimizi qorumalıyıq və təmkin göstərməliyik.
F.Mustafanın fikrincə, ilk növbədə döyüş meydanında uğurları artırmalıyıq və əsas hədəf Qarabağdır: “Gəncəni vurmaq başqa qüvvələri müharibəyə qoşmaq, hədəfdən yayındırmaq cəhdidir.
Ona görə biz təmkinimizi gözləməliyik. Biz mülki əhalini qoruma altına almalıyıq, hava hücumundan müdafiə sistemləri qurmalıyıq. Eyni zamanda Qarabağda hərbi əməliyyatları daha da genişləndirməliyik”.
Deputat hesab edir ki, ermənilərin Gəncəni vurması məğlubiyyətin simptomlarıdır: “Onlar dinc əhalini vurmaqla məğlubiyyəti etiraf edirlər. Beynəlxalq təşkilatların münasibəti isə adekvat deyil.
Onlar özlərini erməni vəhşiliyinin ardıcılları kimi aparırlar, əvvəllər olduğu kimi eyni mövqedən çıxış edirlər. Beynəlxalq təşkilatların davranışı insanlıq əxlaqına uyğun deyil.
Onların nə zamansa bizə təklifi olanda, qulaqlarından tutub yola salmalıyıq ki, gedin, işinizlə məşğul olun”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov saytımıza qeyd etdi ki, Azərbaycanın dinc erməni əhalisi ilə heç bir işi yoxdur və onları hədəf almaq niyyəti güdmürük.
“Prezident xalq müraciətində də bəyan etdi ki, mülkilərlə işimiz yoxdur və olmayacaq. Azərbaycan işğalçı qüvvələri məhv edir və tezliklə bütün torpaqlarımızdan çıxacaqlar.
Biz sözümüzə sona qədər sadiqik, dinc insanları vurmayacağıq və heç kim narahat olmasın, düşmənin bütün hərbi hədəfləri sıradan çıxarılır”, - deyə hərbi ekspert vurğuladı.
Ü.Cəfərovun sözlərinə görə, Ermənistan üçüncü qüvvəni müharibəyə cəlb etmək üçün dəridən-qabıqdan çıxır: “Amma alınmadı. Azərbaycanın haqq işinə kimsə haram qata bilməz.
Və onu da unutmasınlar ki, bu gün üzümüzə gülüb, arxada iş görənlər müharibədən sonra layiqli münasibəti bizdən görəcəklər. Ölkə başçısının dediyi kimi, bu savaşda dostumuzu və düşmənimizi tam şəkilə ayırd edə bildik”.
Hərbi ekspertin fikrincə, Paşinyan Gəncədə dinc insanları vurmaqla Ermənistan ərazisinə raket atmağımızı arzulayır:
“İstəyirlər ki, həşir qoparsınlar, KTMT-dən kömək diləsinlər, amma bu fitnəkarlıqları nəticə vermədi. Biz rayonlarımızı azad etməklə məşğuluq.
Yeri gəlmişkən, sabaha da xoş xəbərlərimiz olacaq. Xoş xəbərlər ondan ibarətdir ki, əsgərlərimiz inamla irəliləyir, rayonlar, qəsəbələr, strateji ərazilər nəzarətimizə keçir.
Sözsüz ki, itkilərimiz bizi sızladır, ürəyimizi ağrıdır. Amma xalqımız bilir ki, bu, Vətən müharibəsidir, haqq davamızdır. Ən əsası, Prezident açıq şəkildə dedi ki, Şuşasız bu iş yarımçıq qalar”.
Politoloq Zaur Məmmədov da bildirdi ki, Ermənistanın əsas istəyi Azərbaycanı təxribata sürükləməkdir:
“Onlar istəyir ki, erməni mülki əhalisini vuraq, sonra şəkilləri dünya ictimaiyyətinə yaysınlar, hay-küy salsınlar.
Əgər Gəncə hadisələri Ermənistanda törədilsəydi, beynəlxalq qurumlar indi bar-bar bağırırdılar, bizi ittiham edirdilər. Amma bu gün biz ikili standartlarla üzləşmişik”.
Siyasi ekspertin sözlərinə görə, Füzulinin azad olunması xəbərini almağımız düşmənə agah idi və Azərbaycana qarşı bu təxribata əl atdılar:
“Ordumuzla döyüşə bilməyən qorxaq ermənilər mülki əhalimizə terror etdi. Buna dünya susqun dayanmamalıdır.
Görünür ki, bundan qabaqkı Gəncə terrorunda beynəlxalq aləm tərəfindən qınanılmayan Ermənistan şirnikləndi və yenidən terrora əl atdı.
Bununla Paşinyan erməni xalqına quyu qazır və onlara baha başa gələcək. Biz Qarabağda qalib gəlməklə sözümüzü deyəcəyik.
Prezident də xalqa müraciətində söylədi ki, Ermənistan öz istəyinə çatmayacaq, mülki əhaliyə atəş açmayacağıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar