Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Taha Kılınç
“Yeni Şafak” / Türkiyə
İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə “Taliban” sözçüsü Zebihullah Mücahid Əfqanıstanın yenidən qurulmasının Çinin əsas tərəfdaşlığı ilə aparılacağını açıqlayıb. Xarici güclərin ölkədən çəkilməsindən sonra iqtisadi nizamın və daxili tarazlığın bərpası üçün Çinin verdiyi maliyyədən faydalanacaqlarını qeyd edən Mücahid deyib: “Çin bizim ən əhəmiyyətli tərəfdaşımızdır; bizim üçün onunla əməkdaşlıq çox fundamental və fövqəladə bir fürsətdir. Çünki Çin ölkəmizə sərmayə qoymağa və yenidən qurmağa hazırdır. Çin tərəfindən maliyyələşdirilən Yeni İpək Yolu layihəsinə böyük əhəmiyyət veririk. Əfqanıstan zəngin mineral yataqlarına malikdir. Bunlar Çinin köməyi ilə işlək hala gətirilə və çıxarılma mexanizmləri modernləşdirilə bilər. Bundan əlavə, Çin dünyanın bütün bazarlarına çıxmaq üçün istifadə edəcəyimiz bir qapıdır. "
Zebihullah Mücahidin bu sözləri prosesi əvvəldən izləyənlər üçün yeni xəbər olmasa da, “Taliban” adından verilən rəsmi bəyanat olduğu üçün əhəmiyyətlidir. Hər şey planlaşdırıldığı kimi getsə, Əfqanıstanın yaxın gələcəyi üçün siyasi və iqtisadi mənzərə bir az da aydınlaşacaq.
Şəkildə: Molla Əbdülqani Bəradər "Taliban"ın 9 yetkilisi ilə Çin səfərində
“Taliban”-Çin münasibətlərinin tarixi təşkilatın 15 avqustda paytaxt Kabulu ələ keçirməsindən xeyli əvvələ qədər uzanır. Tərəflər arasında başladılan dialoq prosesi, nəhayət keçən ilin iyul ayında, “Taliban”ın siyasi lideri Molla Əbdülqani Bəradərin Pekində rəsmi qəbulu ilə ictimaiyyətə açıqlandı. Bəradərin Çin Xarici İşlər naziri Van Yi ilə görüşünü “Taliban” tərəfindən Çinə ünvanlanan "dostluq" mesajları izlədi.
Çin rəhbərliyi “Taliban”ı rəsmən tanımağa tələsməsə də, "Əfqanıstanlıların öz gələcəyini təyin etmək hüququna hörmət edirik", - deyərək, onu "əfqan xalqının qanuni təmsilçisi" olduğuna eyham vurdu. “Taliban” hökuməti formalaşdıqdan və kabinet üzvləri müəyyənləşdikdən sonra Çin bu hakimiyyəti rəsmi tanınmaqda vaxt itirməyəcək. Kabildən alınan son məlumata görə, Molla Əbdülqani Bəradərin rəhbərlik edəcəyi yeni Əfqanıstan hökumətinin elan olunması zaman məsələsidir.
İlkin mərhələdə, “Taliban”-Çin münasibətləri, iki tərəfin bir-birinin daxili işlərinə qarışmamasına əsaslanan iqtisadi əməkdaşlığa doğru irəliləyir. Çinin "Sərhədləriniz daxilində nə etsəniz mənə dəxli yoxdur" siyasəti “Taliban”a da şamil ediləcək, halbuki Qərbin Əfqanıstana yardımları tez -tez təhqiramiz manipulyasiyalar, şərhlər və əfqan xalqının mədəniyyətinə müdaxilə ilə müşayiət olunurdu. Digər tərəfdən, Çin baxımından Əfqanıstan Asiya və Afrika ölkələri üçün "vitrin" rolunu oynaya bilər. Bütün sahələrdə çökən bir ölkəni ayağa qaldıran, “səxavətli mərhəmətli və sadiq bir super güc" imicini qüvvətləndirmək üçün bunu fürsət kimi dəyərləndirən Çin rahatlıqla "Amerika hara gedir dağıdır, məhv edir, sonra ölkədən qaçir, amma mən gəlirəm, tikirəm, canlandırıram” ideyasını təlqin edə biləcək. ABŞ və digər dünya nəhənglərinin hərbi işğal yoyuyla parçaladıqları ölkələrin şüuraltında Çinin iqtisadi yardımları həqiqətən də belə bir psixoloji çalar yaradır. Bu yardımlar təmənnasız və qarşılıqsız olmasa belə.
Zebihullah Mücahidin vurğuladığı zəngin mineral yataqları məsələsi də əhəmiyyətlidir. Münaqişə və müharibənin əskik olmadığı Əfqanıstan torpaqlarının altı əldəyməmiş xəzinələrlə doludur. Qızıl, mis, qurğuşun, neft, təbii qaz, uran, boksit, dəmir filizi, lityum, xrom, mərmər, gips, kükürd ... Nə axtarsanız, tapa bilərsiniz. Ölkədə on illərdir davam edən qeyri -sabitlik səbəbindən bu təbii ehtiyatların tam gücü ilə hasil edilməsi, emalı və bazara çıxarılması indiyədək mümkün olmamışdır. Yeni “Taliban” rəhbərliyi bu mədənlərin Əfqanıstan iqtisadiyyatına gətirəcəyi dividendlərin əsas payını Çinə verəcəyini artıq bəyan edib. 2010 -cu ildə Əfqanıstanda təbii sərvətlərin dəyəri 3 trilyon dollar olaraq hesablanmışdı. Bu gün bənzər araşdırmalar aparılsa bu rəqəmin daha da yüksələcəyini proqnozlaşdırmaq olar.
Bəs Çinin ABŞ -ı əvəz etməsini Əfqanıstanın "azadlıq və qələbə"si kimi qiymətləndirmək mümkündürmü? Bu sualın cavabını, yəqin ki, gələcək tarixçilər verəcəklər.
Tərcümə Ovqat.com-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar