Xəbər lenti

Taliban sözçüsü Zəbihullah Mücahid Almaniya kansleri Angela Merkeli Əfqanıstana dəvət edib.

Axar.az xəbər verir ki, Mücahid bu barədə “Bild” qəzetinə müsahibəsində deyib.

"Almaniyanın Əfqanıstanla tarixi və yaxşı münasibətləri var. Bu ölkə ilə güclü və rəsmi diplomatik əlaqələr istəyirik. Almaniya hökumətinin həqiqətən də bizə kömək edə biləcəyinə inanırıq", - Mücahid bildirib.

"Almaniya kansleri Angela Merkeli Əfqanıstanda səmimi qarşılayarsınızmı" sualına Taliban sözçüsü, "Əfqanıstanda dünyanın bütün ölkələri tərəfindən qəbul ediləcəyi və dünya liderlərinin inandığı güclü və təhlükəsiz bir mühit istəyirik. Gəlib ölkəmizi ziyarət etməlidirlər. Angela Merkelin mütləq xüsusi bir yeri olacaq. Onu ölkəmizdə həqiqətən məmnuniyyətlə qarşılayarıq", - sözçü bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 600          Tarix: 6-09-2021, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma